Bu il 3712 fərdi yaşayış evi dövlət qeydiyyatına alınıb

Bu il 3712 fərdi yaşayış evi dövlət qeydiyyatına alınıb
  18 Aprel 2022    Oxunub:868
Bu ilin ilk rübündə Azərbaycanda 3712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 10,9% artıb.

Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 9191 olub.

AzVision.az


Teqlər:



Xəbər lenti