İftar süfrəsində kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanaya yerləşdirildi

      İftar süfrəsində kütləvi zəhərlənmə:    10 nəfər xəstəxanaya yerləşdirildi
  19 Aprel 2022    Oxunub:1172
Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.
AzVision.az xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

İftar süfrəsindən sonra 10 rayon sakini xəstəxanaya müraciət edib. Onların pomidor turşusundan zəhərləndiyi ehtrimal edilir.

Qida Təhlükəsizliyi Agentliyindən AzVision.az -a bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı ütəxəssislər tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən AzVision.az -a verilən məlumata görə, 19.04.2022-ci il saat 00:49 da 10 nəfər (10 kişi ) Alimentar Qastrid diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub: "Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar".

Aytən Zəhra
AzVision.az



Teqlər: Zəhərlənmə  



Xəbər lenti