"Tərtər işi" ilə bağlı tanınan zərərçəkmişlərin sayı açıqlanıb

   "Tərtər işi" ilə bağlı tanınan zərərçəkmişlərin sayı açıqlanıb
  19 Aprel 2022    Oxunub:869
Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınan şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən olunub.

İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər: Tərtər  



Xəbər lenti