Oxçuçayda çirklənmə normadan 5-7 dəfə çoxdur

   Oxçuçayda çirklənmə normadan 5-7 dəfə çoxdur
  19 Aprel 2022    Oxunub:817
"Ermənistan Oxçuçayın Azərbaycandan keçən hissəsini çirkləndirməkdə davam edir".
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib:

"Nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın üç müxtəlif istiqamətindən götürülüb. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntüsü üzərindən isə 180-dən çox nümunə analizlər götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb.

Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5,5-7 dəfə çoxdur".

AzVision.az



Teqlər: Oxçuçay  





Xəbər lenti