Mina qurbanları və ailələri kiçik biznesə cəlb edilirlər

Mina qurbanları və ailələri kiçik biznesə cəlb edilirlər
  19 Aprel 2022    Oxunub:744
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Füzuli rayonu Böyük Bəhmənli kəndində “Füzuli, Tərtər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı layihəsini uğurla davam etdirib. AzVision.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
"Aprelin 19-da Füzuli rayonu Böyük Bəhmənli kəndində rayon icra hakimiyyətinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihədə məqsəd mina qurbanlarını və onların ailə üzvlərini kiçik biznes sahəsinə cəlb edərək bu insanların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir. Bu məqsədlə də Füzuli rayonu Böyük Bəhmənli kəndində yaşayan mina qurbanı Mamedov Əvdil Elman oğlu bu layihənin benefisiarlarındandır. Ona özünün istəyi ilə 16 baş keçi alınıb təhvil verilib", - təşkilatdan bildirilib.

Tədbirdə çıxış edən digər şəxslər belə layihələrin vacibliyini bildiriblər və layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür ediblər.

AzVision.az



Teqlər: Mina  



Xəbər lenti