Məktəbli qız sinif yoldaşını bıçaqladı - Təfərrüat
Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib.
Bu gün baş verən hadisəyə gəlincə, bıçaqlanma ilk dərsdən sonrakı tənəffüs fasiləsində baş verib. 9-cu sinifdə oxuyan qız özü ilə gətirdiyi kəsici alətlə sinif yoldaşının boğaz nahiyəsinə xəsarət yetirərək qaçıb. Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər.
Bıçaqlanan qız xəstəxanaya yerləşdirilib.(Qafqazinfo)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


