"Allah bəlalarını versin, onlara həmişə nifrət etmişəm" - bloqer Aysel Şükürova
Bloqer onun bu dar günündə arxa çevirən qohumlarına qarğış edib:
“Mənim bu ağır günümdə, qan bağı olan qohumlarım hər zamankı kimi məni saymadı. Ayıbı yoxdur, Allah bəlalarını versin. Onlara həmişə nifrət etmişəm. Nifrət eləməyə də davam edəcəyəm. Öz pisliklərində boğulsunlar”.
Səhhətindən söz açan Şükürova bunları söyləyib.
“Yuxu dərmanları atıram, key kimiyəm. Düzələcəyəm və daha da yaxşı olacağam. Ayağımdakı yanıqlarım 6 aya sağalacaq. Ayaqlarımdan savayı əllərim, üzüm də yanıb. Yavaş-yavaş üzümlə, əllərim sağalır. Ayaqlarıma görə, bəlkə Türkiyəyə getdim. Orada əməliyyat etdirəcəyəm.”
Bloqer hazırda maddi sıxıntılar çəkdiyini də dilə gətirib:
“Maddi cəhətdən çox çətinlik çəkdim. Çünki mən tək qadınam, üç uşağa baxıram. Ailəm, yaxın dostlarım mənə maddi köməklik etdilər”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


