Pensiyaya çıxma şərtləri yumşaldılır
Komitə sədri bu dəyişikliklərin qəbulundan 17-20 min vətəndaşın faydalanacağını və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcəyini bildirib.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə geniş məlumat verib. O, “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən ümumilikdə 10 maddə üzrə 40 dəyişikliyi deputatların diqqətinə çatdırıb.
Adil Vəliyev qanun layihəsində təklif olunan kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda, pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar barədə ayrı-ayrılıqda məlumat verib.
O, sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi dəyişikliklərin müsbət xarakterini vurğulayıb.
AzVision.az
Teqlər: