
Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verdi. Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı. Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.









AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


