Vətən Müharibəsi Qəhrəmanı hərbi hissə komandiri oldu

      Vətən Müharibəsi Qəhrəmanı hərbi hissə komandiri oldu
  20 Aprel 2022    Oxunub:1878
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov yeni vəzifəyə təyin edilib. AzVision.az -ın məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Z.Yusibov Daxili Qoşunlarının Bakıda yerləşən N saylı hərbi hissələrinin birinə komandir təyin olunub.

Qeyd edək ki, 40 yaşlı Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” rütbəsi alıb. Vətən Müharibəsi zamanı Hadrut döyüşlərində xüsusi şücaət göstərib. Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

AzVision.az



Teqlər: Komandir  



Xəbər lenti