“Avropada yolun işarələnməsi 131 avroya başa gəlir, bizdə isə 1850 manata”
Deputat xatırladıb ki, ötən dəfə Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı məsələni müzakirə ediblər: “Məlum oldu ki, Avropada 131 avroya başa gələn işarələnmə Azərbaycanda 1850 manata müqavilə bağlanıb. Bu nə deməkdir?!”
Fazil Mustafa qeyd edib ki, Hesablama Palatasının son illərdəki fəaliyyətini müsbət qiymətləndirir: “Bunun əsas səbəbi həm də Milli Məclisdə yaranan şəffaflıqla bağlıdır. Milli Məclisdə tenderlər açıq elan olunub. Qaranlıq işlər ortadan qalxıb. Kadr dəyişiklikləri aparılıb. Buna görə də düşünürəm ki, hesabat çox əhatəli idi”.(APA)
AzVision.az
Teqlər: BNA







Vaxtında, Aydın, Lazımlı!


