Qırğızıstan Prezidenti: “İki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur”

      Qırğızıstan Prezidenti:    “İki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur”
  20 Aprel 2022    Oxunub:705
“Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı”.
AzVision.az xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov geniş tərkibdə görüş zamanı deyib.

“Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir. Bu baxımdan məmnunluqla qeyd edirik ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur. Buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı genişləndirməyə borcluyuq. Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir”, Qırğızıstan Prezidenti bildirib.

AzVision.az


Teqlər: Qırğız  





Xəbər lenti