Narkotik çəkib maşın sürən şəxs tutuldu
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini İbrahim Axundovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən İ.Axundovun psixotrop maddədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Axundov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 14 gün müddətində inzibati qaydada həbs edilib.
Qeyd edək ki, həmin şəxslə bağlı eyni hal bir neçə ay əvvəl də aşkarlanıb və həmin vaxt da barəsində qanunamvüafiq qaydada tədbir görülüb.
AzVision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


