Şəhid qardaşların adını daşıyan gəmi ilk səfərinə çıxacaq - VİDEO

   Şəhid qardaşların adını daşıyan gəmi ilk səfərinə çıxacaq -    VİDEO
  21 Aprel 2022    Oxunub:1552
Bu gün Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhram Məmmədzadələrin adını daşıyan gəmi Türkiyədə ilk səfərinə yola düşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan əsilli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov deyib.

O bildirib ki, son texniki yoxlamalar aparılır. Heyət səfərə tam hazırdır. Şəhid qardaşların valideyinləri bu münasibətlə M. Mənsimov tərəfindən Türkiyəyə dəvət ediliblər.

"Bu gün dəvətimlə İstanbula gələn Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhram Məmmədzadələrin valideyinləri ilə olduqca dəyərli bir zaman keçirdik. Onlar danışdıqca qürurlandım, amma, eyni zamanda, içim ağladı… İki oğul övladı itirməsinə baxmayaraq, bir atanın nə qədər güclü qalmasının, bir ananın kövrək qəlbinin üzünə yansımasının şahidi oldum… Anadan eşitdiklərim məni o qədər təsirləndirdi ki, sən demə, Bəhram və İmanın arzusu gəmi kapitanı olmaq imiş…

İman və Bəhram qardaşlarının Qarabağımızı düşməndən azad etmək arzusu gerçəkləşdiyi kimi onların dənizləri və limanları fəth etmək niyyətləri də artıq reallıqdır.

Mən yaşadıqca, şəhidlərimizin adını yaşadacağam. Bütün şəhid və qazilərimizin valideyinləri qarşısında baş əyirəm. Belə övladlar böyütmək hər kəsə nəsib olmur.

Təki Vətən sağ olsun!".





Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti