Tanınmış bloger “patı” ya görə yaxalandı - VİDEO

   Tanınmış bloger “patı” ya görə yaxalandı -   VİDEO
  21 Aprel 2022    Oxunub:938
DİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin aprelin 7-də keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınan Cəmil Quliyev saxlanılıb və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.
Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı 29-cu polis şöbəsinin əməkdaşlarının tərtib etdiyi protokol Yasamal Rayon Məhkəməsinə göndərilib və Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cəmil Quliyev barəsində iki ay müddətində inzibati həbs qərarı verilib.



AzVision.az


Teqlər:



Xəbər lenti