|
| Britaniya kəşfiyyatı: "Mariupolda Çeçenistan və Suriya metodu tətbiq edilir" |
"Ruslar hələ də müharibənin əvvəlində olduğu kimi itkilər verirlər. Onlar tükənmiş qüvvələrini bərpa etməyə çalışırlar və bunun üçün işlək olmayan avadanlıqları təmir məqsədilə ölkəyə qaytarırlar", - Britaniyalıların hesabatında deyilir.
Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Şoyqu Mariupolu tam şəkildə ələ keçirdiklərini, yalnız "Azovstal" zavodunda bir neçə min hərbçinin mühasirədə qaldığını məruzə edib. Putin isə "Azovstal"a hücumun dayandırılması barədə göstəriş verib. Bundan əvvəl isə zavodun ərazisi havadan bir neçə dəfə uğursuz hücumlara məruz qalmışdı.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


