“Qəbələ”nin baş məşqçisinə ağır cəza

“Qəbələ”nin baş məşqçisinə ağır cəza
  22 Aprel 2022    Oxunub:808
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, toplantıda Premyer Liqamızın 23-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Qəbələ” – “Sumqayıt” oyunun 90+3-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

AzVision.az



Teqlər: Qəbələ  





Xəbər lenti