Əsas məqsədimiz keçmiş məcburi köçkünlərin torpaqlarına qayıtmasıdır - Emin Hüseynov
“Artıq 30 illik həsrətə son qoyulub. Ona görə də nəyin bahasına olursa-olsun, biz bu işləri yüksək səviyyədə həyata keçirəcəyik. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər böyük coğrafiyadır. İşğal dövründə Ağdam, Füzuli yer üzündən silinib, yüzlərlə kəndimiz, qəsəbələrimiz ermənilər tərəfindən dağıdılıb, viran qoyulub.
Lakin buna baxmayaraq, Azərbaycan xalqı sülhsevər xalqdır və biz bu gün sülh mesajı ilə çıxış edirik. Biz sülh içində yaşamaq istəyirik. Biz millətindən, irqindən, dinindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını təmin etməyə hazırıq və bundan sonra da hazır olacağıq”, - deyə E.Hüseynov bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


