“QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib
“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.
Vüsal Quliyev nitqində “QHT ziyarətləri”nin davam edəcəyini və bu layihə çərçivəsində QHT-lərin fəaliyyəti ilə daha yaxından tanış olunacağını bildirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə QHT-lərin fəaliyyəti, onların cəmiyyətin inkişafında rolu haqqında məlumat verib. Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin Agentliyin diqqət mərkəzində olacağını qeyd edib.
Görüşlər zamanı QHT sədrləri Şamil Ələkbərli, Ədalət Məhərrəmov, Xəyyam Əsgərov, Samir Adıgözəlov, Səkinə Babayeva və Möhübbəli Nağıyev öz fəaliyyətləri haqqında geniş məlumat veriblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


