Ermənistanla sülh müqaviləsi hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən olunub

 Ermənistanla sülh müqaviləsi hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən olunub
  23 Aprel 2022    Oxunub:849
Azərbaycan tərəfi Brüssel görüşünün nəticələrinə uyğun olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə aprelin 23-də baş tutan telefon danışığı zamanı bildirib.

Dövlət başçısı qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.

AzVision.az



Teqlər: Azərbaycan-Ermənistan   Delimitasiya  



Xəbər lenti