"Yer Günü 2022” münasibətilə çoxlu ağac əkilib
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına ETSN yanında İctimai Şuranın nümayəndələri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Bakı Modern Təhsil Kompleksi və Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin müəllim, tələbə və şagirdləri qoşulub.
“Yer Günü” hər il aprelin 22-də ətraf mühitin mühafizəsinə dəstək nümayiş etdirmək məqsədilə dünyanın əksər ölkələrində qeyd edilir. 2022-ci ildə Yer Günü “Planetimizə investisiya edək” şüarı altında keçirilir.
Qeyd edək ki, ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan İDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


