Çavuşoğlu ermənilərə “Bozqurd” göstərdi - VİDEO

   Çavuşoğlu ermənilərə “Bozqurd” göstərdi -    VİDEO
  24 Aprel 2022    Oxunub:1743
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Uruqvayda ona etiraz edən ermənilərə fərqli formada cavab verib. Belə ki, nazir etirazçılara “Bozqurd” işarəsi göstərib.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə XİN başçısının paytaxt Montevideoya rəsmi səfəri çərçivəsində oradakı Türkiyə səfirliyinin açılışından sonra yaşanıb.

Bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib. Çavuşoğlu isə səfirliyin binasını tərk edərkən xidməti avtomobildən ermənilərə "Bozqurd" işarəsi ilə cavab verib.



AzVision.az


Teqlər:



Xəbər lenti