Azarkeşlər ağır qəzaya düşdü - VİDEO

Azarkeşlər ağır qəzaya düşdü - VİDEO
  14 Fevral 2013    Oxunub:1957
Təyyarənin göyərtəsində azı 36 futbol azarkeşinin olub.
Ukraynanın Donetsk şəhərinin Prokofyev adına beynəlxalq hava limanında təyyarə qəzası baş verib. “Cənub hava yolları” şirkətinə məxsus An-24 təyyarəsinin qəzaya uğramasına mühərrikin sıradan çıxmasının səbəb olduğu bildirilir. Eniş zamanı mühhərikin sıradan çıxması nəticəsində təyyarə eniş zolağına yox, torpaqlıq əraziyə düşüb.
Rəsmi məlumatlara görə, Odessa-Donetsk çarter reysini həyata keçirən təyyarənin göyərtəsində 8 heyət üzvü, eləcə də, UEFA Çempionlar Liqası çərsivəsində keçirilən “Şaxtyor” - “Borrusiya” qarşılaşmasını izləməyə gedən 36 azarkeş olub. Təyyarədə daha çox adamın olduğu da istisna edilmir. Son məlumatlara görə, qəza nəticəsində 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2-sinin vəziyyəti ağırdır. Ölənlərin artacağı istisna edilmir.




Teqlər:  





Xəbər lenti