Prokurorluq: 3 ayda 273 cinayət işinin istintaqı tamamlanıb

      Prokurorluq:    3 ayda 273 cinayət işinin istintaqı tamamlanıb
  25 Aprel 2022    Oxunub:707
Bu ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 273-dür.

Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb. Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur".

AzVision.az



Teqlər: Prokurorluq  



Xəbər lenti