"Azərbaycanın qeyri-neft ixracı 40 faiz artıb": Mikayıl Cabbarov

   "Azərbaycanın qeyri-neft ixracı 40 faiz artıb":   Mikayıl Cabbarov
  25 Aprel 2022    Oxunub:1423
Artıq ikinci ildir ki, Azərbaycanın qeyri-neft ixracının həcmi 40 faiz artıb.
AzVision.az xəbər verir ki, bunu "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransında Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu tempi hər zaman saxlaya bilməyəcəyik:

"Tamamilə aydındır ki, bu temp asanlıqla baş vermir. Bunun arxasında yeni yaradılan müəssisələr, yeni bazarlara çıxış, ölkə iqtisadiyyatında olan struktur problemlərin, enerji daşıyıcılarına çıxışın, gömrük, vergi inzibatçılığın təkmilləşdirilməsi dayanır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti