İşləyən insanların 35 faizinin əmək müqaviləsi var

   İşləyən insanların 35 faizinin əmək müqaviləsi var
  25 Aprel 2022    Oxunub:1038
“Bu gün ölkədə bağlanan əmək müqavilələrinin sayı 1 milyon 700 mindir. Bu, ümumi məşğul əhalinin sayının cəmi 35 faizini təşkil edir"
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ku, bu gün minimum əməkhaqqı yaşayış minimumunun 1,5 mislinə bərabərdir:

"Lakin bunu 2-yə çatdırmalıyıq. Bu gün əməkhaqqı fondunun ümumdaxili məhsulda payı bizim arzuladığımız rəqəmlərdən aşağıdır. Bunu inkişaf etmiş ölkələrin səviyyəsinə tədricən çatdırmalıyıq. Ümumi korporativ sosial məsuliyyət proqramlarının sayı çoxdur, amma cəmi məbləğin payına baxdıqda, inkişaf etmiş ölkələrdən geri qalırıq. Düşünürəm ki, yolun başlanğıcındayıq. Bu istiqamətdə birgə işlər aparacağıq", - o qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti