"İqtisadiyyat pandemiyadan sonra həddindən çox sürətlə bərpa olunub"

  "İqtisadiyyat pandemiyadan sonra həddindən çox sürətlə bərpa olunub"
  25 Aprel 2022    Oxunub:807
Pandemiyadan Azərbaycan iqtisadiyyatının çıxış sürəti həddindən artıq uğurlu olub və bu, hazırda davam edir.
AzVision.az xəbər verir ki, bunu
"Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransında Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, 2021 -ci ilin nəticələrinə görə, bütün əhəmiyyətli sahələrdə ÜDM-in artım tempi, sənaye istehsalının artım tempi, qeyri-neft iqtisadiyyatının artım tempi, qeyri neft ixracının artım tempi 2021-ci ildə bərpa sürəti və 2022-ci ildə onun sürətləndirilməsi onu göstərir ki, dövlətin keçirdiyi siyasət istənilən nəticəni verir: "Bu o demək deyil ki, biz bütün problemləri həll etmişik. Yəqin ki, heç bir zaman belə gözlənti olmayacaq. Cəmiyyət olduqca, çağırışlar və problemlər olacaq. Götürdükdə biz bu gün nəyi vacib görürük? Sahibkarların fəaliyyətlərin daha da genişləndirilməsi üçün sərmayələrin təşviqi üçün dövlətdən hansı gözləntiləriniz var ? Bizim baxışımız bundan ibarətdir ki, istər maliyyə çıxış, istər dövlət tərəfindən yeni bazarlara çıxış imkanlarının yaxşılaşdırılması, gömrük rüsumlarının, texniki qaydaların daha da yaxşılaşdırılmasıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti