Qarabağda biznes qurmaq istəyən sahibkarların sayı açıqlandı

   Qarabağda biznes qurmaq istəyən sahibkarların sayı açıqlandı
  25 Aprel 2022    Oxunub:1424
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir.
AzVision.az xəbər verir ki, bunu "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib. Onun sözlərinə görə, bu günədək KOBİA-ya təqribən 1100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdən olan müraciətlərdir.

"Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir.",- deyə Orxan Məmmədov qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti