Şeyx İsveçdə Quranın yandırılmasını pislədi

   Şeyx İsveçdə Quranın yandırılmasını pislədi
  25 Aprel 2022    Oxunub:767
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb.
İdarədən AzVision.az -a verilən xəbərə görə, QMİ sədri deyib ki, işğal dövründə vandalizmə məruz qalmış bütün dinlərə məxsus dini abidələr, məbədlər Azərbaycan dövləti tərəfindən böyük diqqət və qayğı ilə bərpa edilir və yenidən qurulur.

Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarının, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada “Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş verən qarşıdurmaları qətiyyətlə pisləyən Allahşükür Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.

Dini konfessiya rəhbərləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın regiondakı yeni reallıqlarını bütün dünyaya bəyan etdiyini bildiriblər.

AzVision.az



Teqlər: Şeyx   Quran  





Xəbər lenti