Çində yenidən COVID-19 təşvişi başlayıb

Çində yenidən COVID-19 təşvişi başlayıb
  25 Aprel 2022    Oxunub:1616
Çinin ən böyük şəhəri Şanxayda koronavirusa yoluxmaların artmasından sonra karantin qaydalarının tətbiqinə başlanılmışdı. Pekində də yoluxma hallarının artması əhali arasında narahatlığa səbəb olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, şəhər sakinləri yenidən sərt karantinin olacağından qorxaraq bazarlara, marketlərə axışıb. Çinin paytaxtı Pekində son 3 gündə 42 yeni yoluxma qeydə alınıb. Belə ki, 24 saatda 14 nəfərin, ötən gün 6, dünən isə 22 yoluxduğu bildirilir. Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən ictimaiyyətə verilən məlumatda yoluxmanın mənbəyinin naməlum olduğu qeyd edilib. Rəsmilər şəhərdə qəfildən yayılan yoluxma halların müxtəlif yayılma zəncirlərinə aid olduğu, daha da yayılma riskinin olduğunu vurğulayaraq, “vəziyyətin təcili və ağır olduğunu” bildiriblər.
26 yoluxmanın qeydə alındığı mərkəzi rayonlardan biri olan Çaoyanda kütləvi testlərin keçiriləcəyi elanından sonra vətəndaşlar panika ilə supermarketlərə axışıb. Bəzi supermarketlərdə əsas ərzaq məhsulları olan rəflər tamam boşaldılıb. Sosyal medyada paylaşılan foto ve video görüntülerde, panika yaşayan vatandaşların süpermarketleri doldurduğu, düyü, yağ, et ve un məmulatlarını aldığı müşahidə olunur. Supermarketlərin əksəriyyətində kassaların qarşısında uzun növbələr yaranıb. Yüksək tələbatı ödəmək üçün paytaxtdakı supermarketlərin iş saatları uzadılıb, işçilərin sayı artırılıb.
Qeyd edək ki, mart ayında 18 milyona yaxın əhalisi olan Cənubi Quangdonq əyalətinin Şıncın şəhərində, 60 yoluxma faktının qeydə alınmasından sonra şəhər bir həftə bağlanmışdı.



Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər:



Xəbər lenti