Müdafiə Nazirliyin hərbi qulluqçularının, Nərimanov Rayon İcra Hakimiyyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması və Veteran Tankçılar İctimai Birliyinin üzvlərinin, şəhidin ailə üzvləri və yaxınlarının, döyüşçü yoldaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Albert Aqarunovun şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.
Qeyd olunub ki, döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Milli Qəhrəmanın ailə üzvləri və yaxınları igid döyüşçünün xatirəsinin daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


