Azərbaycanda ilk dəfə qarpız sahələri sığortalanacaq

   Azərbaycanda ilk dəfə qarpız sahələri sığortalanacaq
  25 Aprel 2022    Oxunub:1051
Azərbaycanda ilk dəfə olaraq qarpız sahələrinin sığortalanmasına başlanılıb.
Aqrar Sığorta Fondundan AzVision.az -a verilən məlumata görə, digər əkin sahələrində olduğu kimi qarpız təsərrüfatları üzrə də sığorta haqqının yarısı fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilir.

Aqrar sığorta qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Qarpız təsərrüfatlarının baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17% - 5,12% arasında dəyişir.

AzVision.az


Teqlər:



Xəbər lenti