Sənaye müəssisələrinin üçdə biri kibermüdafiəyə əhəmiyyət vermir

Sənaye müəssisələrinin üçdə biri kibermüdafiəyə əhəmiyyət vermir
  25 Aprel 2022    Oxunub:1135
Dünyadakı sənaye müəssisələrinin demək olar ki, üçdə biri kibertəhlükəsizlik məhsul istehsalı prosesinə təsir edərsə, onları söndürməyi seçir.
AzVision.az xəbər verir ki, bu barədə “Kasperski Laboratoriyası”nın araşdırmasında deyilir. Qeyd olunub ki, təşkilatların 43%-i ən azı bir dəfə belə problemlərlə üzləşib, digər 38%-i isə zaman-zaman onlarla qarşılaşıb. Tədqiqatda qeyd olunur ki, sənaye avtomatlaşdırma, idarəetmə sistemlərinin, eləcə də əlaqəli sistemlərin kibermühafizəsi proseslərinin və texniki vasitələrinin tətbiqi zamanı müəssisənin rəhbərləri və məsul mütəxəssisləri təhlükəsizlik proseslərin davamlılığı arasında tarazlığa riayət etməlidirlər.

Uyğunluq münaqişələrinin qarşısını almaq üçün şirkətlərin 65%-i istehsal prosesləri və avtomatlaşdırma sistemlərində, 59%-i isə kibertəhlükəsizlik parametrlərində dəyişiklik etməyə hazırdır. Digər 44% əmindir ki, istehsal proseslərinin fasiləsizliyini qorumaq problemini həll etmək üçün informasiya təhlükəsizliyi məhsullarının tədarükçüsünü dəyişdirmək lazımdır.


AzVision.az



Teqlər: Haker  





Xəbər lenti