Ermənistan vətəndaşı Xankəndi qəbiristanlığında 151 çələng oğurladı

   Ermənistan vətəndaşı Xankəndi qəbiristanlığında    151 çələng oğurladı
  26 Aprel 2022    Oxunub:1147
Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsində gül oğurluğu ilə məşğul olan Ermənistan vətəndaşı saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Ermənistanın Lori rayonunun 33 yaşlı sakini aprelin 22-i səhər saat 4 radələrində Xankəndində qəribə bir oğurluq edib. O, Xankəndi şəhər qəbiristanlığından 151 ədəd gül çələngi oğurlayaraq, 109-nu yaxınlıqdakı bağda gizlədib. 42 çələngi isə güllərə ayıraraq söküb aparmağa cəhd edib. Məqsəd güllərin Ermənistanda satışını təşkil etmək olub.

Hadisəni törədən şəxs polisə aparılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Xankəndi   Oğru  





Xəbər lenti