Kompleksin direktoru
Mövlud Mirəliyev AzVision.az -a açıqlamasında bildirib ki, dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər: "Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qaydıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək".
Qeyd edək ki, AQTA da zəhərlənən idmançılarla bağlı
araşdırmalara başlayıb.
Aytən Zəhra
AzVision.az