Polis İrəvanda tələbələrin etiraz aksiyasını dağıdıb

   Polis İrəvanda tələbələrin etiraz aksiyasını dağıdıb
  26 Aprel 2022    Oxunub:1521
İrəvanda hökumət binası yaxınlığında etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, Ermənistan polisinə istinad edən yerli media yazıb ki, artı iki aksiya iştirakçısı saxlanılıb.
Ermənistanda etiraz aksiyaları: Saxlanılanlar var
Qeyd edilir etirazçılar əsasən tələbələr olublar və onlar baş nazirin kortejinə yaxınlaşa bilmədikləri üçün hökumət binasının yanına toplaşıblar. Lakin etirazçılar buna da nail ola bilməyiblər, çünki polis onları saxlamağa başlayıb.

"Bəzi tələbələr polis bölməsinə aparılıb, bəziləri isə aksiyanı dayandıraraq aprelin 27-də Nazirlər Kabinetinin binası qarşısna toplaşacaqlarını söz veriblər. Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya  



Xəbər lenti