İrəvanda motosikletli aksiya: Polis müxalifətçilərə güc tətbiq edib - VİDEO

      İrəvanda motosikletli aksiya:    Polis müxalifətçilərə güc tətbiq edib -    VİDEO
  26 Aprel 2022    Oxunub:1065
İrəvanın mərkəzində müxalifətçilər motosikletlə etiraz aksiyası keçiriblər. AzVision.azxəbər verir ki, “Şərəfim var” fraksiyasının lideri Artur Vanetsyanın tərəfdarları olan gənclər İrəvanın küçələrində səsgücləndiricilərlə maarifləndirici kampaniya apardıqlarını iddia ediblər.
İrəvanı etiraz aksiyaları dalğası bürüyüb - VİDEO
Lakin polis onların məlum iddiasını rədd edərək qanunsuz aksiyanın qarşısını alıb. Yerli media əraziyə cəlb edilən "qırmızı beretlilər"in aksiya iştirakçılarına güc tətbiq etdiyini yazıb.

Qeyd edək ki, bu gün artıq üçüncü haldır ki. Ermənistan paytaxtında etiraz aksiyalarına cəhd edilir.
Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan   Polis  



Xəbər lenti