Əsgər valideynləri İrəvanda aksiya keçirirlər - CANLI

 Əsgər valideynləri İrəvanda aksiya keçirirlər -  CANLI
  26 Aprel 2022    Oxunub:1415
Ermənistanın paytaxtı İrəvanı etiraz asksiyaları dalğası bürüyüb. AzVision.az xəbər verir ki, bu gün səhərdən başlayaraq tələbələrin, müxalifətin mitinq cəhdlərindən sonra indi də İkinci Qarabağ müharibəsində öldürülmüş erməni əsgərlərin valideynləri etiraz aksiyası keçirirlər.
İrəvanda motosikletli aksiya: Polis müxalifətçilərə güc tətbiq edib - VİDEO
Onlar Aznavur meydanına toplaşaraq, hökumətin daxili və xarici siyasətini tənqid edən çıxışlar və şüarlar səsləndirirlər.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan  



Xəbər lenti