"Uşaqlar 61 gündür günəşi görmür" - Ukraynalı müğənnidən Ərdoğana müraciət

   "Uşaqlar 61 gündür günəşi görmür" -    Ukraynalı müğənnidən Ərdoğana müraciət
  26 Aprel 2022    Oxunub:1489
Ukraynalı müğənni Olya Polyakova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
AzVision.az xəbər verir ki, ifaçı Ərdoğandan insanların Mariupoldan çıxarılması üçün dəniz dəhlizi açmağı xahiş edib. Olyanın müraciəti “Şaxtyor” və “Antalyaspor” klubları arasında Türkiyədə keçirilən xeyriyyə futbol matçından sonra “Freedom” telekanalında yayımlanıb.

O.Polyakova Türkiyə prezidentinə müraciətində qeyd edib:

“ Azovstal polad zavodunu götürsək. Hamımız gördük ki, orada nə qədər adam var. Orada 1000 nəfər və çoxlu uşaq var. Bu uşaqlar 61 gündür günəşi görmürlər. Təsəvvür edirsinizmi, 61 gün insanlar zirzəmilərdə otururlar? Yerli hökumətə və şəxsən Ərdoğana müraciət etmək istəyirəm ki, dəniz dəhlizi açsın. O, Mariupol sakinlərini və onun müdafiəçilərini xilas edə bilər. Ona görə də sizdən xahiş edirəm ki, işğalçıya öz təsir imkanlarınızdan istifadə edəsiniz və xilas üçün böyük və çox vacib bir missiya həyata keçirəsiniz”.

Qeyd edək ki, Olya xeyriyyə matçında Ukrayna himnini ifa edib.

AzVision.az


Teqlər:



Xəbər lenti