"Dəniz canlılarının qorunması üçün qayıqların hərəkət intensivliyi də azalmalıdır. Kanar adaları sahillərində qayıq pərləri tərəfindən quyruğu kəsildikdən sonra bu balaca balina artıq üzə bilmir. O hətta köpək balığlarının hücumuna da məruz qalıb. Fransis Perez isə yerli vəhşi təbiət mərkəzindəki baytarlara şəkillər göndərib və artıq balinanı uzun çəkən ölümdən xilas etmək üçün evtanaziya ilə bağlı çətin qərar qəbul edilib. Qayıq turizminin başlaması və sürət qaydalarının olmaması belə heyvanlar üçün daimi təhlükədir. Sürət məhdudiyyətləri pərlərin balinalara toxunmasını azalda bilər", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az