Yeni tədris ilindən pilot məktəblərdə könüllü ianə modeli tətbiq olunacaq
"Bu modellərin yeni tədris ilindən tətbiqini nəzərdə tuturuq. Məktəblərdən hansı istəsə qoşula bilər. Burada əsas məsələ pul yığımı deyil, məktəblə ailə arasında düzgün ünsiyyətin qurulmasıdır. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq faəliyyəti ilə məşğul ola bilər. Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


