Fitrə zəkatı nə qədər olmalıdır?

   Fitrə zəkatı nə qədər olmalıdır?
  27 Aprel 2022    Oxunub:4205
Bu il Ramazan bayramının may ayının 2-nə təsadüf etməsi gözlənilir. Ramazan ayında oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının çıxarılmasıdır. Fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Əgər bir şəxsin imkanı çoxdursa, adam başına 50 manat da fitrə çıxara bilər.

Bir insan adam başına 10-15 manat fitrə verə bilmirsə, üç kiloqram buğdanın pulunu verə bilər. Bu da adam başına təxminən üç manat edir.

Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

AzVision.az



Teqlər:





Xəbər lenti