Bakıda iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır

Bakıda iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır
  27 Aprel 2022    Oxunub:1217
"Koronavirusa yoluxma sayının aşağı olması xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub".
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır:

"Bu da aktiv xəstə sayının azalmasından irəli gəlir. Hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə çarpacaq dərəcədə azdır. Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara yenə də əməl edilsin. Çünki pandemiya hələ də davam edir. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz hələ də davam edir".

AzVision.az



Teqlər: TƏBİB  



Xəbər lenti