Gələn həftədən birinci siniflərə qeydiyyat başlanılır
6 may 2022-ci il tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.
Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.
2022-2023-cü tədris ili üzrə birinci sinfə qəbulla bağlı əlavə məlumatla nazirliyin saytı vasitəsilə tanış olmaq mümkündür.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


