Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən çıxarıldı

   Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən çıxarıldı
  27 Aprel 2022    Oxunub:1577
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı bu gün əmr imzalayıb.

Xəstəxanaya yeni direktor hələ təyin olunmayıb. Qeyd edək ki, Həqiqət Qədirova 2017-ci ildən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda direktor vəzifəsində çalışırdı.



AzVision.az



Teqlər: Direktor  



Xəbər lenti