Sumqayıtda körpə ölü doğuldu: Ana 3 dəfə qripi ağır keçirib

  Sumqayıtda körpə ölü doğuldu:  Ana 3 dəfə qripi ağır keçirib
  27 Aprel 2022    Oxunub:1788
Sumqayıtda doğuş zamanı körpə ölümü qeydə alınıb. Sumqayıt Tibb Mərkəzindən AzVision.az -a verilən məlumata görə, 1990-cı il təvəllüdlü Qurbanova Elnurə Hacıbaba qızı 26.04.2022-ci il tarixində gecə saat 02:20-də qurumun tabeliyində olan 1 saylı Sumqayıt şəhər xəstəxanasının Doğum şöbəsinə daxil olub.
Qadına 40 həftə hamiləlik, dölün bətndaxili ölümü diaqnozu qoyulub. Pasiyent sonuncu dəfə aprelin 16-da 6 nömrəli Ailə sağlamlıq Mərkəzində həkim müayinəsində olub və o zaman dölün ürək döyüntüsünün olduğu müşahidə edilib. Lakin 26 aprel tarixində doğum şöbəsinə daxil olarkən dölün ürək döyüntüsünün olmaması (ölümü) haqda E. Qurbanovanın yaxınlarına məlumat verilib. Həmin gün doğuşa hazırlıq dövründə ultrasəs müayinəsində dölün bətndaxili ölümü təsdiq edilib. Dölün ölü olduğu ana E. Qurbanovaya da bildirilib.

Çəkisi 3400 qram, boyu 53 sm, kişi cinsində olan ölü döllə doğuş baş verib. Anada hamiləliyin 28-ci həftəsində koronavirusa yoluxma halı müşahidə edilib və doğuşaqədər E. Qurbanova 3 dəfə ağır qrip infeksiyasına yoluxub. Dölün ölü doğulmasına ananın infeksion xəstəliklər keçirməsinin səbəb olduğu ehtimal edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti