“Danışıqlar üçün Azərbaycan nümayəndə heyəti hazırdır” - Prezident

 “Danışıqlar üçün Azərbaycan nümayəndə heyəti hazırdır” -  Prezident
  27 Aprel 2022    Oxunub:1336
"Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır".
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib.

Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.

Dövlətimizin başçısı 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntıları, maddi-mədəniyyət adidələrimizin, 60-dan çox məscidin dağıdıldığını və onlardan tövlə kimi istifadə olunduğunu qeyd etdi. İşğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğuladı, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyəti qeyd edildi.

AzVision.az




Teqlər:



Xəbər lenti