"Rusiya “Moskva” kreyserinə əvəz tapa bilmir" - Britaniya kəşfiyyatı

   "Rusiya “Moskva” kreyserinə əvəz tapa bilmir" -    Britaniya kəşfiyyatı
  28 Aprel 2022    Oxunub:1315
Rusiyanın Qara dəniz donanması gəmilərinin itkisinə baxmayaraq, o, Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək imkanını saxlayır. AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hazırda Qara dəniz əməliyyat zonasında Rusiya Hərbi Dəniz Qüvvələrinin 20-yə yaxın gəmisi, o cümlədən sualtı qayıqları var. İstanbul boğazı Türkiyəyə aid olmayan bütün hərbi gəmilər üçün bağlı olaraq qalır və Rusiya Qara dənizdə itirilmiş “Moskva” kreyserini əvəz edə bilmir.

"Saratov" desant gəmisinin və "Moskva" kreyserinin biabırçı şəkildə itkisinə baxmayaraq, Rusiyanın Qara Dəniz Donanması Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək qabiliyyətini saxlayır", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Donanma  



Xəbər lenti