Bakıda üçüncü magistral su kəmərinin çəkilməsi təklif edilir
A.Cəbrayıllı qeyd edib ki, Bakının yeni yaşayış massivlərinin ən çox tikildiyi ərazisi şərq hissəsidir.
“Bu ərazidə iki kəmər var. Bunlardan biri 1980-ci illərdə Ceyranbatan-Maştağa kəndi istiqamətində çəkilib. Digəri 2013-cü ildə istismara verilib. Mütləq üçüncü magistal su kəməri çəkilməli və kəmərin üzərində bir neçə yerdə mərkəzi anbarlar tikilməlidir ki, insanların su təminatını aparaq", - deyə qurumun rəsmisi bildirib.
Onun sözlərinə görə, bu kəmər çəkilməsə, bu gün su olmayan ərazilərə istəsək də su verə bilməyəcəyik: "Şəbəkə qursaq belə həmin şəbəkələrə verməyə su tapmayacağıq. Bununla bağlı biz hökumətə təkliflərimizi təqdim etmişik” .
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


