"İslahatlar rəqəmsal səriştələrin formalaşmasına əsaslı təsir edəcək" - Nazir

"İslahatlar rəqəmsal səriştələrin formalaşmasına əsaslı təsir edəcək" -    Nazir
  28 Aprel 2022    Oxunub:1459
Rəqəmsal bacarıqların inkişafı Təhsil Nazirliyi qarşısında qoyulan məqsədlərdəndir. Çünki bu gün bizim məktəblərimizdə baş verənlərlə 10 il sonra qarşılaşacağıq. Dünya rəqəmsallaşır və biz bu qatara nə qədər tez minsək,1 bir o qədər də geridə qalmarıq.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, rəqəmsallaşmanın hər bir fənnə necə təsir etməsi əsas pedoqoji sualdır:

"Azərbaycan məktəblərində hazırda 17 fənn tədris olunur və onların hər biri sahə mütəxəssisi üçün müqəddəsdir. Müasir təhsil sistemində doğmalaşmış fənlərin mahiyyəti çoxdan mənasını itirib. Fənlərin daxilində olan bacarıqların tədrisi təhsilin bir hissəsidir. Biz müstəqil şəkildə fənləri hələ də ayrı-ayrı tədris ediriksə, onların müqəddəsliyinə inanırıqsa, düşünürəm ki, səhv edirik".

Nazir qeyd edib ki, hazırda Təhsil Nazirliyi tərəfindən bir neçə layihə həyata keçirilir:
" İnformatika fənninin İT sahələrinə sənəd verənlərin imtahan suallarına salınması bu sahənin inkişafı üçün mühüm rol oynayır. Əvvəllər İT sahəsinə gedəcək tələbələr informatikadan imtahan vermirdi və biz cəmiyyətdə bunun narazılığını da görmürdük. İndi Təhsil Nazirliyi bunun ictimaiyyət üçün faydalı olduğunu inandırmağa çalışır".

R.Əmrullayev qeyd edib ki, təhsil sistemində bacarıqların əhəmiyyətini görmək istəyiriksə, onların ölçülməsi olduqca vacibdir:
"Bu tipli islahatlar məktəblərdə rəqəmsal səriştələrin formalaşmasına əsaslı şəkildə təsir edəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti